Rusiya həbsxanasında qiyam - Məhbuslar işçiləri girov götürdü - Ölənlər var

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.

Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib. Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.

***

İnsident zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. 

***

Rusiya mediasının məlumatına görə, məhbuslar helikopter və 2 milyon dollar tələb edirlər. 

***

Rusiyanın “Shot” və “Mash” teleqram kanallarının məlumatına görə, qiyamda 4 məhbus iştirak edir və onlardan 2-si Tacikistan, 2-si isə Özbəkistan vətəndaşıdır. Onların 23-29 yaş aralığında olduğu vurğulanıb.