"Rusiya G7 formatına qayıtmaq istəmir" - Oleq Stepanov

Moskva BRICS, ŞƏT və İyirmilik Qrupu (G20) çərçivəsində çoxtərəfli əməkdaşlıqdan sonra Yeddilik Qrupu (G7) formatını köhnəlmiş hesab edir.

Bizimxeber.az bildirir ki, bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov deyib. 

Diplomatik missiyanın Teleqram kanalında dərc olunan diplomatın bəyanatında deyilir ki, Rusiya tərəfi Kanada siyasətçilərinin G8 formatının bərpası ilə bağlı fərziyyələrə şiddətli reaksiyasından təəccüblənib.

"Rusiyanın keçmişin təcrübəsinə müraciət etmək istəyi yoxdur. Bu gün G7 adlanan şey köhnəlmiş formatdır"- deyə Stepanov bildirib.