Rusiya Əsədə hərbi yardım göndərir - 4 ölkə bəyanat yaydı

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa hökumətləri Suriyada vəziyyətin pisləşməsi ilə bağlı birgə bəyanat yayıb.

Bizimxeber.az bildirir ki, bəyanatın mətnini ABŞ Dövlət Departamentinin mətbuat xidməti dərc edib.

Bəyanatda bildirilir ki, 4 ölkə Suriyada Bəşər Əsəd rejimi qüvvələrini Hələb də daxil olmaqla bir sıra şəhərlərdən sıxışdırmaq üçün hücuma keçdiyi davam edən vəziyyəti diqqətlə izləyir. Britaniya, ABŞ, Almaniya və Fransa da gərginliyin azaldılmasına, mülki əhalinin və infrastrukturun qorunmasına çağırır.

"Hazırkı eskalasiya yalnız Suriyalıların özlərinin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq münaqişənin siyasi həllinin təcili ehtiyacını vurğulayır", - bəyanatda deyilir.

Suriya hakimiyyəti noyabrın 30-da qiyamçılara qarşı əks-hücum hazırlamaq üçün ölkənin şimal-qərbindəki Hələb şəhərindən “qoşunların müvəqqəti çıxarılmasını” elan edib. 

Mənbələr bildiriblər ki , Rusiya üsyançıların qarşısını almaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib və yeni texnika yaxın 72 saat ərzində gəlməyə başlayacaq .