"Rusiya Ermənistan və Türkiyəyə arasında vasitəçi olmaq istəyir" - Lavrov


"Rusiyanın vəzifəsi İrəvanla Ankara arasında birbaşa dialoqun qurulmasına kömək etməkdir". Bizimxeber.az bildirir ki, bunu mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşünü şərh edərkən deyib. 

Qeyd edək ki, yanvarın 14-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində ilk görüş üçün Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəliblər.

Lavrov deyib ki, Rusiya bu razılaşmanın əldə olunmasına kömək edib: "Biz ilk görüşün Moskvada təşkil olunmasından çox məmnunuq. Ermənistan-Türkiyə dialoqunun uğurlu olacağına ümid edirik". Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur.