"ABŞ Ukraynaya hansı hədəfləri vurub vurmamağı demir, Ukraynaya Ukrayna qüvvələrinin necə döyüşməli olduğunu demir. Biz onlara təlimlər, avadanlıqlar, məsləhətlər veririk. Ancaq hərbi baxımdan nə edəcəklərinə qərar verən prezident Zelenski və hərbi rəhbərlikdir. Onlara verilən və hazırda sahibliklərində olan texnika ilə nə edəcəyinə də məhz onlar qərar verir".
Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin sözcüsü Con Kirbi deyib.
Kirbi əlavə edib ki, ABŞ açıq şəkildə ukraynalılara çox açıq şəkildə bildirib ki, onlar Rusiya daxilində hücumları dəstəkləmirlər və onların Amerika silahlarından istifadə etməklə həyata keçirilməsini istəmirlər.
Vaşinqton F-16 qırıcılarından Rusiya ərazilərinə zərbələr endirməmək üçün Ukraynadan təminat alıb. Təkcə Zelenskidən deyil, həm də müdafiə sektorunun digər yüksək rütbəli rəsmilərindən belə bir təminat alınıb".
Xatırladaq ki, mayın 30-da səhər saatlarında 25-32 pilotsuz təyyarə Moskvaya hücum edib. Hücum zamanı ən azı iki hündürmərtəbəli binaya ziyan dəyib, pilotsuz təyyarələrin əksəriyyətinin Rusiya paytaxtına yaxınlaşarkən vurulduğu bildirilir.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Moskvada pilotsuz uçan aparatların hücumlarını şərh edərkən deyib ki, Ukrayna özünü müdafiə etmək üçün qanuni haqqı var və “öz sərhədlərindən kənarda güc tətbiq edə bilər”.
Almaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüquq Ukraynaya özünümüdafiə məqsədilə təcavüzkarın ərazisinə zərbə endirməyə icazə verir .