Rusiya DİN-in obyektini partlatmaq istəyənlər tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Tümen vilayətinin Tobolsk şəhərində Daxili İşlər Nazirliyinin obyektində terror aktının qarşısını alıblar.

Bu barədə FTX-dən məlumat verilib. Məlumata görə, kütləvi qətllər ideologiyasının iki üzvü saxlanılıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan iki ədəd kustar üsulla düzəldimiş yandırıcı və bir ədəd partlayıcı qurğu götürüb. 

İstintaq materiallarında qeyd olunub ki, avqistun 9-da şübhəlilər messencer vasitəsilə naməlum şəxslə əlaqə saxlayıblar. 

Rusiya İstintaq Komitəsi Tümen vilayətinin iki sakininə qarşı cinayət işi açıb.