Rusiya, Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Çində yeni uzun mənzilli pilotsuz uçan aparat (PUA) istehsal edir.
Bizimxeber.az Reuters-ə istinadən bildirir ki, bu barədə məlumat Avropa kəşfiyyat mənbələrindən əldə edilib.
Qeyd olunur ki, PUA-lar "Almaz-Antey” dövlət silah şirkətinin bir hissəsi olan “IEMZ Kupol”un fəaliyyətini əhatə edir.
Çinin hökuməti, bu layihədən xəbərsiz olduğunu bildirərək, ciddi nəzarət tədbirlərinin başladığını elan edib. Rusiya Müdafiə Nazirliyi isə Çindəki fabrikin pilotsuz təyyarələr istehsal edə biləcəyini təsdiqləyib.
Bu arada Britaniya Xarici İşlər Nazirliyi, Çini Rusiya ilə hərbi əməkdaşlığı dayandırmağa çağırıb.
Rusiya, 2023-cü ildə ordusuna 140 min pilotsuz təyyarə alıb və bu il bu rəqəmi on dəfə artırmağı planlaşdırır. Bu vəziyyət, qlobal təhlükəsizlik və müharibə texnologiyaları sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.