Rusiya birtərəfli mövqe tutmur - Lavrov

Rusiya Ermənistan-Azərbaycan problemi kontekstində birtərəfli mövqe tutmur.

Bizimxeber.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir erməni jurnalistin Ermənistan-Azərbaycan məsələsi kontekstində Rusiya və Azərbaycanın mövqelərinin çox vaxt üst-üstə düşməsi ilə bağlı dediyi fikirlərlə razılaşmayıb: “Biz çox aktual olan, qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasını təmin etməkdə dərin marağımıza əsaslanaraq, Yerevan və Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri ilə məşğul oluruq”, - o əlavə edib.