Rusiya bir gecədə 92 Ukrayna PUA-sını vurdu

Bir gecədə Rusiyanın 7 regionu və Azov dənizi üzərində 92 Ukrayna pilotsuz təyyarəsi vurulub.

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, 47 PUA Krasnodar vilayəti, 12-si Kursk vilayəti, 9-u Rostov vilayəti, 4-ü Bryansk vilayəti, hərəsi ikisi Belqorod vilayəti və Krım Respublikası üzərində vurulub.

15 PUA isə Azov dənizində məhv edilib.