Belarus ilkin olaraq Rusiyadan on “Oreşnik” raket kompleksi alacaq. Daha sonra isə say artırılacaq.
Bizimxeber.az bildirir ki, bu barədə Aleksandr Lukaşenko deyib.
Lukaşenko bildirib ki, ilk mərhələdə Moskva Minskə on ədəd “Oreşnik” raket komplekslərini təhvil verməlidir: "Hesab edirəm ki, hələlik say ondur, sonra baxarıq. Əgər ruslar onlardan daha çoxunu yerləşdirmək istəsələr, daha çoxunu yerləşdirəcəyik", - o deyib.
Xatırladaq ki, 2025-ci ildə Moskvanın Ukraynaya Rusiyaya uzaq məsafədən zərbələr endirməsinə icazə verdikdən sonra Qərbi qorxutmaq üçün istifadə etdiyi Oreşnik sistemləri Belarus ərazisində yerləşdirilə bilər.