Rusiya Belarusa “İsgəndər-M” adı altında nuvə raketləri göndərir?

"Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə Minskə nüvə silahı olan raketlərin ötürülməsi barədə danışmayıb".

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.

G7 ölkələrinin liderləri nüvə silahı olan Rusiya raketlərinin Belarusa mümkün transferi ilə bağlı ciddi narahatlığını ifadə edib. "Prezident bu barədə danışmadı. O, texniki cəhətdən müxtəlif növ silahları daşımağa qadir olan komplekslərdən danışdı", - Peskov jurnalistlərə bildirib.

Putin və Lukaşenko arasında danışıqlar şənbə günü Sankt-Peterburqda keçirilib. Orada Rusiya Federasiyasının prezidenti bəyan edib ki, yaxın aylarda Moskva “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcək.