Rusiya azərbaycanlı sabiq diaspor rəhbərini ölkədən qovdu - VİDEO

Moskva vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Qalib Ağayev və diaspor fəalı Ceyhun Əliyevin Rusiyadan deportasiya edildiyi bildirilir.

Onlar əlləri bağlı vəziyyətdə hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə Moskvanın “Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.

Qeyd edək ki, Q. Ağayev haqqında ötən ilin dekabrında Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.

Məhkəmə onu inzibati xəta törətməkdə təqsirli bilib və Rusiya ərazisindən məcburi çıxarılmaqla 5 min rubl məbləğində cərimələyib.

Sözügedən kadrları təqdim edirik: /Yeniavaz/