Rusiya açıqladı - Məsləhətləşmələrə hazırıq

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Ukrayna məsələsi ilə bağlı məsləhətləşmələrə hazırdır.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Mən həqiqətən ümid edirəm ki, cənab Tramp administrasiyası, o cümlədən cənab (Çin -  RT ) Kelloq münaqişənin əsas səbəblərini araşdıracaq. Biz hər zaman məsləhətləşmələrə hazırıq”, - deyə o qeyd edib. 

O xatırladıb ki, Rusiya Ukrayna böhranının həlli ilə bağlı boş danışmaqla kifayətlənməyəcək. Lavrovun sözlərinə görə, Moskvaya yekun hüquqi razılaşmalar lazımdır.