Rusiya Abxaziyanı maliyyələşdirməyi tamamilə dayandırıb

Rusiya işğal altında olan Abxaziyanın maliyyələşdirilməsini tamamilə dayandırıb. 

Bizimxeber.az bildirir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb. 

Məlumata görə, "Prezident səlahiyyətlərini" icra edən Badra Qunbanın sözlərinə görə, büdcə sektorunda çalışan insanların maaşlarını ala bilməməsi çox ciddi təhlükədir.  Abxaziyanın "Maliyyə naziri"nin sözlərinə görə, hazırda onlar işğal altında olan bölgənin elektrik enerjisi ilə Rusiyadan təmin edilməsi üçün vəsait axtarırlar.

Məlumatlara görə, işğal olunmuş Abxaziyaya maliyyə yardımının dayandırılmasına səbəb “Rusiya ilə Abxaziya arasında investisiya sazişi”nin qəbul edilməməsidir.