Amerika tərəfinin 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-a Ukrayna münaqişəsində potensial atəşkəs razılaşması üçün “tələblər siyahısı” verib.
Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən xəbər verib.
Tələblər barədə dəqiq məlumat verilməsə də, Moskvanın şərtlərinin əvvəllər irəli sürdüyü kimi - "Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və Alyansın genişlənməsinə imkan verməmək öhdəliyini" olaraq qalır.
“Reuters”in məlumatına görə, tələblər siyahısına yeni ərazilərin tanınması və Ukrayna ərazisinə xarici hərbi kontingentlərin yerləşdirilməməsinə dair razılaşma da yer alıb. Agentlik aydınlaşdırıb ki, Rusiya tərəfinin bu şərtləri qəbul etməmişdən əvvəl Kiyevlə sülh danışıqlarına başlamağa hazır olub-olmadığı hələ məlum deyil.