Rusiya, ABŞ-a birbaşa uçuşların bərpasını təklif etdi

İstanbulda keçirilən danışıqlar zamanı Rusiya, ABŞ-a ölkələr arasında birbaşa hava əlaqəsinin bərpa edilməsi imkanını nəzərdən keçirməyi təklif edib.

Bizixmeber.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Nazirlikdən verilən açıqlamada, “Konkret desək, Amerika tərəfindən birbaşa hava nəqliyyatının bərpası imkanlarını nəzərdən keçirməsi xahiş olunub” ifadəsi yer alıb.