Ötən gecə Rusiya Ukraynaya 102 pilotsuz uçan aparatı ilə hücum edib.
Bizimxeber.az bildirir ki, bu məlumatı Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı yayıb.
Komandanlığın məlumatına görə, Ukrayna Müdafiə Qüvvələri 59 pilotsuz uçan aparatı vurub. Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, pilotsuz təyyarələrin hücumları Sumi, Odessa və Çerkassı vilayətlərinə ziyan vurub.
Ukrayna mətbuatı xəbər verir ki, Rusiya Odessa vilayətindəki Çernomorsk liman ərazisinə pilotsuz təyyarələrlə hücum edib.
Kiyev meri Vitali Kliçko bu gün səhər öz Telegram kanalında bildirib ki, vurulan pilotsuz təyyarənin dağıntıları çoxmərtəbəli binanın mənzillərindən birinə ziyan vurub.