ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında Rusiya və ABŞ nümayəndələri arasında səfirliklərin işi ilə bağlı məsələlər üzrə danışıqlar başlayıb.
Bizimxeber.az bildirir ki, nümayəndə heyətinin ABŞ baş konsulunun iqamətgahına gəlməsi ilə bağlı görüntülər yayılıb.
Rusiya-Amerika görüşü ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcılara” və Moskva və Vaşinqtondakı səfirliklərin işindəki problemlərə həsr olunub.