Rus raketləri enerji infrastrukturunu vurur -Zelensk

Dekabrın 13-də Rusiya qoşunları Ukraynaya, xüsusən də ölkənin qərb bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücuma keçib. Ukrayna hakimiyyətinin məlumatına görə, bugünkü hücumun hədəfi enerji infrastrukturu olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya 94 ballistik, aeroballistik və qanadlı raketlərdən və 193 pilotsuz uçuş aparatından istifadə edib. Komandanlığa əsasən, zenit və radioelektron döyüş qrupları və aviasiya, o cümlədən F-16 təyyarələri Rusiyanın 81 raketi və 80 pilotsuz təyyarəsini vurub, yerli olaraq daha 105 pilotsuz uçuş aparatı məhv edilib, 5-i Rusiya ərazisinə qaytarılıb.

Prezident Vladimir Zelenski Ukraynanın enerji obyektlərinə ən böyük hücumlardan birinin həyata keçirildiyini açıqlayıb. Zelenski bir daha dünya liderlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və müasir hava hücumundan müdafiə sistemlərini, xüsusən Patriotu Ukraynaya ötürməyə çağırıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Taqanroq hərbi aerodromuna uzun mənzilli Amerika raketləri (ATACMS) ilə hücumuna cavab olaraq Ukraynanın istilik və enerji infrastrukturu obyektlərinin yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə vurulduğunu və bütün hədəflərin məhv edildiyini açıqlayıb.