Rusiya raketləri və pilotsuz təyyarələri Moldova hava məkanını pozub.
Bizimxeber.az bildirir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Bildirilir ki, sərhəd bölgələrində alçaqdan uçan raketlərin səsi eşidilib və bu, Moldovanın vətəndaşları üçün əlavə təhlükələr yaradır.
XİN hadisəni qətiyyətlə pisləyərək, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moldova üzərində yaratdığı riskləri vurğulayıb. Hökumətə məxsus məlumatlarda, bir neçə Rus pilotsuz təyyarəsinin aşağı hündürlükdə uçduğu və radarlar tərəfindən aşkar edilmədiyi qeyd edilib.