Rus Pattayadan 7 km aralıda yerləşən Lan adasına üzərkən saxlandı

Rusiya vətəndaşı Tailandın kurort şəhəri Pattayadan 6 km aralıda dənizdə keçən sürətli turist qayığının kapitanı tərəfindən xilas edilib.

Bizimxeber.az bildirir ki, bu barədə "Bangkok Post" məlumat verib.

Nəşrin məlumatına görə, rusiyalı Pattayadan 7 km aralıda yerləşən Lan adasına üzməyə cəhd edib. Adamı suda görən gəminin kapitanı sürəti azaldıb və  rusu xilas edib.