Rus ordusuna Çinin dəstəyi üzə çıxdı

ABŞ Rusiyanın müdafiə və hərbi sektorunun dəstək olan 5 Çin şirkətinə sanksiya tətbiq edib.

Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Connec Electronic”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronic” və “World Jetta Logistics” şirkətləri Rusiyanın müdafiə və hərbi sektoruna dəstək olduğuna görə sanksiya siyahısına salınıb. Sanksiyalar bu şirkətlərin ABŞ məhsulları ixrac etməsinə mane olacaq.

Bu addım bütün dünyada biznes və fərdlərə güclü siqnaldır. Əgər onlar Rusiyanı dəstəkləmək istəsələr, ABŞ onlarla əməkdaşlığı kəsəcək”,- məlumatda deyilir.