Rus hərbçilərinin hücumları “cəhənnəm”i xatırladır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Donbassdakı hücumlarından danışarkən orada baş verənləri “cəhənnəm” adlandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə o, gündəlik video müraciətində bildirib.

“Rusiyanın Donetsk bölgəsinə hücumları sadəcə cəhənnəmdir. Gündəlik inanılmaz amansız döyüşlər gedir”, - deyə Zelenski teleqram kanalında yayımlanan müraciətində bildirib.