Rumıniyada məktəblilərə və tələbələrə narkotik maddələrin satılması hallarının istintaqı çərçivəsində böyük əməliyyat həyata keçirilib.
Bizimxeber.az bildirir ki, bu barədə Digi24 xəbər verib.
Prokurorluq və polis narkotik vasitələrin satışı ilə bağlı araşdırma çərçivəsində Rumıniyanın bir neçə şəhərində, o cümlədən paytaxt Buxarestdə 50-yə yaxın axtarış aparıb.
İstintaqda 40-a yaxın şəxs iştirak edib, narkotik maddələrin alıcıları isə əsasən şagird və tələbələr olmaqla 70-ə yaxın adam saxlanılıb. Ayın əvvəlində Rumıniyada qanunsuz silah ticarəti şübhəsi ilə 100-dən çox reyd keçirilib.