Rumıniya ABŞ-la 32 ədəd F-35 qırıcısının tədarükü haqqında müqavilə imzalayıb.
Bu barədə HotNews.ro məlumat yayıb.
Qırıcı təyyarələrin alınmasına dair protokol Buxarestdə Rumıniyanın müdafiə naziri Anxel Tilver və ABŞ səfiri Ketlin Kavalec tərəfindən imzalanıb.
İmzalanma mərasimində Rumıniyanın Baş naziri Marsel Ciolacu bildirib ki, F-35-in alınması “Rumıniya Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesində mühüm addımdır və NATO-ya və Birləşmiş Millətlər Təşkilatı ilə paylaşdığımız dəyərlərə möhkəm sadiqliyimizi təsdiqləyir".
F-35-lərin alınması Rumıniyanın ən bahalı hərbi alışıdır, ölkə 32 qırıcı üçün 6,5 milyard dollar, həmçinin maddi-texniki dəstək, təlim, ehtiyat hissələri və sursatları təsdiqləyib.
ABŞ Dövlət Departamenti də öz növbəsində 2024-cü ilin sentyabrında Rumıniya hökumətinə F-35 döyüş təyyarələri və müvafiq avadanlıqların satışını təsdiqləyib .