ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.
Bizimxeber.az bildirir ki, tərəflər münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə edəcəklər.
Dövlət Departamenti rəhbərinin gəlişi Amerika prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığından sonra baş verib. Bundan sonra siyasətçilər Ukrayna üzrə danışıqlar qrupları yaratmağa başlamaq qərarına gəliblər.
Vaşinqton daha sonra üçtərəfli görüş təşkil etmək üçün Moskva və Kiyevlə ayrı-ayrılıqda danışıqlar aparmaq istəyir.