"Rusiyanın yeddi şəhərində hava limanları müvəqqəti olaraq bağlanıb". Bizimxeber.az bildirir ki, bu barədə Rosaviasia məlumat yayıb.
Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovskda hava limanları fəaliyyətini dayandırıb.
Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov deyib ki, Ukraynadan istehsalat obyektlərindən birinə kütləvi hücum olub. Bölgəyə 14 pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. O vaxtdan bəri müharibə minlərlə insan, o cümlədən uşaqlar həlak olub.