Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo hazırda Ər-Riyadda 99 mərtəbəli “Kingdom Tower” göydələnində yaşayır.
Bizimxeber.az "Daily Mail"-ə istinadən bildirir ki, oteldə futbolçunun özü, ailəsi, dostları və mühafizəçiləri 17 nömrə tutur.
Göydələndə yaşamaq üçün Ronaldo 250 min funt sterlinq ödəyəcək. Otelin saytında bildirilir ki, suite Səudiyyə Ərəbistanı paytaxtının panoramik mənzərələrini təqdim edir.
Ronaldo dekabrın sonunda “Əl-Nasr”la müqavilə imzalayıb. Portuqaliyalı "Mançester Yunayted"lə müqaviləsini ləğv etdikdən sonra bir ay klubsuz qalıb.