ABŞ prezidentliyinə müstəqil namizəd, anti-peyvəndçi və eks-prezident Kennedinin qardaşı oğlu Robert F. Kennedy rəsmi olaraq əsas ştatlarda namizədlikdən çəkildiyini elan edib və Donald Trampı dəstəklədiyini bildirib.
Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.
Robert F. Kennedy namizədlikdən geri çəkildiyini açıqlayıb və dəstəyini göstərmək üçün Arizonada Trampın seçki kampaniyasına qoşulub.
Kennedi 10 mühüm ştatda adını bülletenlərdən çıxaracağını, digər ştatlarda isə namizəd olaraq qalacağını bildirib. Tramp, Kennedinin “milyonlarla amerikalını ruhlandırdığını və ölkədə uzun müddət diqqətdən kənarda qalan kritik məsələləri qaldırdığını” vurğulayıb.
Tramp həmçinin qələbə qazanarsa, sui-qəsd cəhdləri ilə bağlı prezident komissiyası yaradacağını və 1963-cü ildə rezident Con Kennedinin öldürülməsi ilə bağlı sənədləri açıqlayacağını vəd edib.