Reuters: Türkiyə və BMT taxıl gəmilərinin yoxlamalarını bərpa edib

“Reuters” xəbər verir ki, Rusiya Federasiyasının sazişin həyata keçirilməsində iştirakını dayandırması barədə qərarından sonra Türkiyə və BMT-dən olan müfəttiş qrupları taxıl sazişinin icrası çərçivəsində gəmilərin yoxlanılmasını bərpa ediblər.

Bizimxeber.az bildirir ki, agentliyin məlumatına görə, Rusiya tərəfi BMT-nin oktyabrın 31-də yola düşən 40 gəmini yoxlamaq planlarından xəbərdar idi.

BMT rəsmisinin verdiyi məlumata görə, bütün iştirakçılar kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün öz hərbi və digər müvafiq orqanlarla koordinasiya edir.

Taxıl müqaviləsi üzrə yoxlamaların bərpasından sonra birinci gəmi artıq  hərəkətini davam etdirmək üçün icazə alıb.

Bundan əvvəl məlum olub ki, Ukrayna, Türkiyə və BMT “taxıl təşəbbüsü” çərçivəsində Qara dənizdə daha iki gəminin hərəkəti planı üzrə razılığa gəliblər. Oktyabrın 31-də Ukrayna limanlarına girib-çıxmalı olan gəmilərin ümumi sayı 16-ya çatıb.