Rəsulzadənin nəşi Azərbaycana gətirilməlidir - Qüdrət Həsənquliyev

Məmməd Əmin Rəsulzadənin qəbri Ankaradan Azərbaycana gətirilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Deputat qeyd edib ki, Cümhuriyyət abidəsi binaların arasında görünməyən yerdədir: “Abidənin belə görünməz yerdə olması nə Cümhuriyyətin adına, nə də mərhum Heydər Əliyevin abidələrin qoyulması ilə bağlı sərəncamına layiq addımdır. Hesab edirəm ki, Bakının mərkəzi hissələrində olan və xarabalığı xatırladan köhnə binalar sökülsün və yerinə Cümhuriyyət parkı salınsın. 

Cümhuriyyət abidəsi də o parka yerləşdirilsin. Məzarları xarici ölkədə olan cühmuriyyətçilərin qəbirləri də Azərbaycana gətirilsin”.