Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab

"Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”. Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə öz "Twitter" hesabında yazıb. 

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobil ABŞ Dövlət Departamentinin yanvarın 24-də dediklərinin əksini sübut edir. 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı blokadanı açmağa çağırmışdı.