“Rejim artıq dağılır” - Zurabaşvili

"Ölkədə böhrandan çıxmağın iki yolu var:  Ya hakim “Gürcü arzusu” partiyası ilə kompromis və ya hakim rejimin məhvi" .

Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili  xalqa etdiyi videomüraciətində deyib.

Zurabişvili deyib ki, gələcəkdə şura yaradılacaq, onun mandatı yeni seçkilərə hazırlıq olacaq. Müxalifət yaxın vaxtlarda müvafiq sənədlər hazırlayacaq.

"Bu şuranın bir mandatı olacaq - yeni seçkilərin hazırlanması... Bu yeni seçkilər həqiqətən də yeni olacaq, yeni qüvvələr meydana çıxa bilər. Biz bütün bunlara hazır olmalıyıq", - o bildirib. 

O qeyd edib ki, dekabrın 29-na kimi kompromis dialoqu olmasa, ölkə seçkilərə “Gürcü arzusu” rejimini məhv etməklə gələcək. Zurabişvili “Gürcü Arzusu”nun fəxri rəhbəri Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu və onunla dialoqun aparılmalı olduğunu təkrarlayıb. “Bu məsələlərlə bağlı dialoq mənimlə, vasitəçi kimi və bu seçkilərdə iştirak edənlərlə aparılmalıdır... Digər tərəfdən, İvanişvili və onun təyin etdiyi partiyasının bir neçə nümayəndəsi olmalıdır”, - Zurabişvili bildirib.

“Əgər ayın 29-na kimi bu kompromis dialoqu əldə olunmasa... o zaman ikinci variant seçkilərə bu rejimi məhv etməklə yanaşmaqdır”, - Zurabişvili əlavə edib.

O qeyd edib ki, “rejim artıq dağılır” – “hər gün cəmiyyətin yeni təbəqələri, yeni məmurlar və yeni iş adamları aksiyaya qoşulur”.