Rəisiyə görə saxlanan türkmən fəal həbs edildi

İranın Quçan şəhərində yaşayan miliyyətcə türkmən olan sosial media fəalı Rza Bəbrnejad yenidən həbs edilib.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları türkmən fəalı iyunun 6-da həbs edərək, naməlum yerə aparıblar.

Qeyd edək ki, Rza Bəbrnejad bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımına görə saxlanılıb, bir neçə gün dindirildikdən sonra iyunun 1-də girov qarşılığında sərbəst buraxılıb.