"Rəisinin ölümündə təxribat faktoru var" - Dövlət Baxçalı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İran prezidenti İbrahim Rəisinin ölümündə təxribat faktoru olduğunu istisna etməyib,

Bizimxeber.az bildirir ki, bu barədə "TRT Haber" məlumat verib.

“İlkin açıqlamalardan belə görünür ki, vertolyot dağlıq ərazidə çətin hava şəraitində qəzaya uğrayıb. Mümkün qədər tez aydınlıq gətirilməlidir”, – Bahçeli bildirib.

O, həmçinin insidentdə İsrail və ABŞ-ın rolunun aydınlaşdırılmasını istəyib.

"BMT dərhal təşəbbüs göstərməli və baş verənləri araşdırmaq üçün müstəqil beynəlxalq komissiya yaratmalıdır", - Baxçalı vurğulayıb.