Nüvə danışıqlarında davamlı razılığın əldə olunması üçün İrana qarşı əsassız ittihamlardan imtina edilməli və sanksiyalar götürülməlidir.
Bu sözləri İran Prezidenti İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə telefon danışığı zamanı deyib.
Görüşdə Dohada İranla nüvə danışıqlarının son mərhələsi və Qətərin ev sahibliyi edəcəyi futbol üzrə 2022-ci il Dünya Çempionatının təşkilati işləri ilə bağlı iki ölkənin əməkdaşlıq imkanları müzakirə edilib.