Rəisi ABŞ-a gedir

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrda Nyu Yorka getməyi planlaşdırır.

Bizimxeber.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bahadari Cahromi deyib.

“İlkin olaraq bu məsələ proqrama daxil edilib”, - deyə o, Rəisinin Nyu-Yorka mümkün səfəri ilə bağlı sualı cavablandırıb.