Bölgələrdə pensiya verilişinin gecikməsi ilə bağlı məlumatlar yayılıb.
Bizimxeber.az bildirir ki bu barədə rayon sakinləri sosial şəbəkələrdə yazır.
Sakinlər bildirir ki Bakı, Sumqayıt və Abşeronda pensiyaların verilməsi vaxtında təmin olunsa da, rayonlarda bu sahədə problem yaşanır: “İki aydır ki, pensiyalar ən azı 5-6 gün gecikmə ilə verilir. Bilmirik, bu gecikmənin səbəbi nədir”.
Sosial şəbəkələrdə də rayonlarda bir neçə aydır, pensiya ödənişlərində gecikmələrin olması ilə bağlı şikayətlərə rast gəlinir.