Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda şəhid ailələri ziyarət olunub

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

"Bizimxeber" bildirir ki, Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara  maddi yardım və bayram sovqatları çatdırılıb.

Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri prezident İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda rayonda yaşayan əlillərə, aztəminatlı ailələrə bayram sovqatı paylanıb. Bayram ərəfəsində ümumilikdə rayon ərazisində yaşayan 1000-dən artıq ailəyə bayram sovqatları paylanılıb.