Qusarda mikroavtobus aşdı, 6 nəfər yaralandı - Adlar

Qusarda sərnişin mikroavtobusu Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Əldə etdiyimiz məlumata əsasə, onlar Qusar rayonunun Xürel kənd sakinləridir.

Bunlar:

- Lamunat Misənnif qızı Bədəlova,

- Miyanə Vəzirxan qızı Şeyxzadəyeva,

- Ruslan Əmiraslan oğlu Əmirslanov,

- Əfsanə Mövlud qızı Feyziyeva,

- Liana Nəriman qızı Mixayılova,

- Aysel Mais qızı Cavadovadır.