Təşəbbüs qrupu respublikanın rəhbəri vəzifəsini icra edən Badru Qunbanı Abxaziya prezidenti vəzifəsinə namizəd kimi irəli sürüb.
Bizimxeber.az bildirir ki, bu barədə Abxaziya Mərkəzi Seçki Komissiyası məlumat verib. Bildirilib ki, Abxaziya prezidenti vəzifəsini icra edən Badru Qunbanı prezidentliyə namizəd kimi irəli sürən vətəndaşların təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına gəlib.
Abxaziyanın keçmiş prezidenti Aslan Bjaniya və Abxaziyanın baş naziri Aleksandr Ankvab noyabrın 19 -da istefa veriblər. Qərar müxalifət nümayəndələri ilə respublikanın hakimiyyət orqanları arasında aparılan danışıqlardan sonra qəbul edilib. Daha sonra o, komandasının seçkilərdə iştirak edəcəyini açıqlayıb. Amma sonradan o kənara çəkildi.