Reuters xəbər verir ki, Qrenlandiyanın hakim partiyası martın 11-nə təyin edilmiş seçkilərdən sonra müstəqillik haqqında referendum keçirməyi planlaşdırır.
Siyasətçilər Danimarka krallığında adanın genişləndirilmiş muxtariyyəti haqqında qanunun Qrenlandiyanın tam müstəqilliyi ilə bağlı danışıqlara imkan verən maddəsindən yararlanmağı planlaşdırırlar.
“Ölkəmiz müstəqil dövlət statusu qazanana qədər bizim rəsmi şəkildə danışıqlarda iştirak imkanımız məhdudlaşdırılacaq”, - hakim partiyanın sözçüsü Doris Censen bildirib.