Rusiya Silahlı Qüvvələri bütün təmas xətti boyunca uğurlu hücum əməliyyatı keçirir.
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Prezident qeyd edib ki, düşmən Qərbin uzaqmənzilli raketlərindən istifadə etməsinə baxmayaraq, rus əsgərləri irəliləyir. “Qoşunlarımız bütün döyüş təmas xətti üzrə uğurla irəliləyir, qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapacaq”, - dövlət başçısı vurğulayıb.
Bu gün Donetsk Xalq Respublikasının Velikaya Novoselka istiqamətində Rusiya hərbçilərinin bu qəsəbənin şimal-şərqində və cənub-şərqində iki ərazidə bir neçə kilometr irəlilədiyi bildirilib. Bundan az əvvəl rus hərbçiləri cəbhə xəttini Vremev istiqamətində geri çəkərək , təxminən 18 kvadrat kilometr ərazini azad edilib.