Qondarma LPR-nin Rusiyaya daxil olma vaxtı açıqlandı

Qondarma Luqansk Xalq Respublikasının (LPR) Rusiya Federasiyasına daxil olması bir həftə ərzində baş verməlidir.

Bizimxeber.az bildirir ki, bu barədə "RİA Novosti" müsahibəsində qondarma qurumun Rusiya Federasiyasındakı səfiri Rodion Miroşnik deyib.

Miroşnik deyib ki, indi Rusiya hüquq sisteminin tələb etdiyi bütün parametrlərə riayət etmək lazımdır; “Əsas məsələ artıq baş verib, referendum baş tutub. Lokomotiv işə başladı və siz onu çətinliklə dayandıra bilərsiniz... Biz düz finiş xəttinə gəldik və onu mütləq keçəcəyik”, - deyə bildirib.