"Rusiyaya Qərb silahları ilə zərbə endirmək icazəsi qış başlamazdan əvvəl verilə bilər".
Bizmxeder.az bildirir ki, bu barədə Britaniyanın xarici işlər naziri David Lammy deyib. Lammy əlavə edib ki, yaxın həftələrdə Ukraynanı ehtiyacı olan hər şeylə təmin etmək üçün çox güclü mövqe ortaya qoyulıacaq. "Biz Zelenski ilə BMT Baş Assambleyasında görüşdük. Zelenskinin prezident Baydenlə də görüşü var. Qarşıda G20 görüşü də var. Hesab edirəm yaxın günlərdə və həftələrdə çox güclü mövqe ortaya qoyulacaq. 2025-ci ilin bu çətin qışına yaxınlaşdıqca Ukraynanı lazım olan hər şeylə təmin etmək vacibdir".
Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ölkənin kəşfiyyat məlumatları gələn il Kreml rəhbəri Vladimir Putin üçün vəziyyətin daha da çətinləşəcəyini göstərir: "Onun iqtisadiyyatı kritik vəziyyətdədir, onun məruz qaldığı itkilərin və qurbanların öhdəsindən gəlmək çox çətin olacaq”, - deyə nazir vurğulayıb.