Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə olundu

Dohada Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı keçirilən danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Bizimxeber.az bildirir ki, bu barədə "The Times of Israel" qəzeti öz mənbələrinə istinadən xəbər verib. Lakin danışıqlar prosesi barədə digər detallar hələlik açıqlanmayıb. 

Xatırladaq ki, Dohada Qəzza zolağı ilə bağlı yeni məsləhətləşmələr avqustun 15-də başlayıb. Danışıqlarda Qətər, Misir və ABŞ nümayəndələri iştirak edir və prosesin bu gün də davam edəcəyi gözlənilir.