Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.

Bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib. 

“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təəssüf ki, 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri (pilotlar) ölüb, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.

Qeyd edək ki, bundan öncə ekipaj üzvlərinin hamısının öldüyü haqda məlumat yayılmışdı, eyni zamanda, 32 nəfərin sağ qaldığı bildirilirdi.