Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Embraer 190 təyyarəsi dekabrın 22-də Türkiyədə uçuş-enmə zolağından çıxıb.
Bizimxeber.az bildirir ki, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, təyyarənin pilotuna da təyyarəni endirmək üçün iki cəhd lazım olub.
“Radar qeydlərinə görə, təyyarə... Trabzon hava limanına enərkən uçuş-enmə zolağından kənara sürüşüb və pilot ikinci cəhddə təyyarəni endirməyi bacarıb”, - materialda deyilir.
Qeyd edək ki, bildirilib ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarə oktyabrda tam texniki baxışdan keçib.