“Bakı-Qroznı” reysi ilə ekipajın danışıqlarının stenoqramına baxan ruslar özləri etiraf edirlər ki, qəzaya onların hava hücumundan müdafiə sistemləri (ADS) səbəb olub.
Bizimxeber.az bildirir ki, bunu Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
“Bakı-Qroznı reysi üzrə ekipajın danışıqlarının stenoqramını nəzərdən keçirən ruslar etiraf edirlər ki, Azərbaycan Hava Yollarının təyyarəsini ADS vurub”, - deyə Kovalenko bildirib və əlavə edib ki, videoda görünən gövdədəki dəliklər quşların vurması ilə bağlı ola bilməz.
Kovalenkonun sözlərinə görə, hava hücumundan müdafiə sistemindən (ADS) zenit raketinin partlaması təyyarəni zədələyib və sistemlərini sıradan çıxarıb.
O, həmçinin qeyd edib ki, Rusiya Qroznı üzərində hava məkanını bağlamayıb, təyyarənin Qroznıya və ya Mahaçqalaya yerə enməsinə bu səbəbə görə icazə verməyib. "Yalnız təyyarənin pilotlarının peşəkar işi rusların bu hadisəni Ukraynaya qarşı təxribata çevirməsinin qarşısını aldı. İndi Rusiya qəzada və insan itkisində öz günahını gizlətmək üçün hər şeyi edəcək ", - o vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktau ərazisində qəzaya uğrayıb. Təyyarə Qroznı hava limanına enməli idi, lakin bu baş verməyib.