Qəzada xəsarət alan Qırğızıstan vətəndaşları da evlərinə yola salındı

Aktau yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan 3 Qırğızıstan vətəndaşı Mangistau regional xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evlərinə yola salınıb. 

Bizimxeber.az bildirir ki, Osmonov Tilek, Erlan Junuşəliyev və Rinat Asanov reanimasiyadan buraxılıb və yaxın qohumlarının müşayiəti ilə evlərinə gediblər. Manqistau vilayətinin administrasiyası hər üç şəxsin vəziyyətinin stabil olduğunu bildirib. 

Manqistau sakinləri onları hava limanına qədər müşayiət ediblər. Vida mərasimində rayon icra başçısının müavini Abbat Urisbayev iştirak edib.

Hazırda təyyarə qəzasında xəsarət alan 3 Azərbaycan vətəndaşının reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Aktauda hökumət komissiyası qəzanın səbəblərini müəyyən etmək üçün işini davam etdirir.